Almaniyada uzun müddətdən sonra müdafiə naziri kişi oldu

Almaniyada uzun müddətdən sonra müdafiə naziri kişi oldu Dünya
Almaniyada adı qalmaqallarda hallandığına görə istefa verən keçmiş müdafiə naziri Kristin Lambrextin xələfi bəlli olub.

News24.az xəbər verir ki, 2013-cü ildən Aşağı Saksoniya əyalətinin daxili işlər naziri vəzifəsini icra edən Pistorius Almaniyanın yeni müdafiə naziri olub.

Məlumat üçün bildirək ki, Almaniyada 2013-cü ildən bu günə qədər müdafiə naziri vəzifəsində qadın siyasətçilər çalışırdılar.

62 yaşlı Pistorius son 10 ildə bu vəzifəyə təyin olunan ilk kişi nazir olub.