Almaniyadan qərar: - BU ÖLKƏNİN VƏTƏNDAŞLARINI DEPORTASİYA EDİRLƏR
Dünya
Almaniya hökumətinin sözçüsü Steffen Hebestreit verdiyi yazılı açıqlamada ölkəsinin 2021-ci ilin avqustundan bəri ilk dəfə Əfqanıstan vətəndaşlarını deportasiya etdiyini bildirib.
News24.az xəbər verir ki, nə qədər əfqanın deportasiya edildiyi barədə məlumat verməyən Hebestreit, onların hamısının Almaniyada qalma hüququ olmayan Əfqanıstan vətəndaşları olduğunu və onlara qarşı deportasiya qərarı olduğunu açıqlayıb.
Hebestreit izah edib ki, hökumət bu cür “repatriasiyaların” yenidən başlaması üçün böyük səylər göstərir və bununla bağlı müvafiq dövlətləri dəstəkləyir.
Almaniya hökumətinin bu cür repatriasiyalarla bağlı qətiyyətini davam etdirəcəyini vurğulayan Hebestreit, "Almaniyanın təhlükəsizlik maraqları cinayətkarların və təhlükəli şəxslərin müdafiəsi maraqlarından üstündür" deyib.
Qeyd edək ki, Spiegel jurnalının xəbərinə görə, 28 Əfqanıstan vətəndaşı bu gün səhər saatlarında Leypsiqdən təyyarə ilə Kabilə göndərilib.
Hər əfqana 1000 avro verildiyi, onları təyyarədə həkimin müşayiət etdiyi bildirilib.
Xəbərdə Taliban hakimiyyətə gəldikdən sonra ilk dəfə cinayətkar əfqanların deportasiya edildiyi də qeyd edilib.
Məryəm İlhamqızı