Almaniyalı nazirlər zəlzələ bölgəsində - FOTO

Almaniyalı nazirlər zəlzələ bölgəsində - FOTO Dünya
Almaniyanın xarici işlər naziri Annalena Baerbokla daxili işlər naziri Nensi Faeser Türkiyənin zəlzələdən zərərgörən Kahramanmaraş şəhərinə səfər ediblər.

News24.az xəbər verir ki, nazirlər şəhərin Pazarcık bölgəsində olublar.

Onlar çadır şəhərciyində qalan vətəndaşlarla söhbət aparıblar.

Baerbok jurnalistlərə açıqlamasında zəlzələnin miqyasını sözlərlə ifadə etməyin mümkün olmadığını qeyd edib.

Almaniyanın XİN rəhbəri ölkəsinin Türkiyə və Suriyada zəlzələdən zərər görən bölgələri üçün əlavə olaraq 50 milyon avro ayrılacağını açıqlayıb. Onun sözlərinə görə, bu yardımın 33 milyonu Türkiyəyə ayrılacaq. Bununla da, Almaniyanın zəlzələ bölgəsinə ayırdığı məbləğin həcmi 108 milyon avroya çatıb./Anadolu agentliyi/

Qumral Əliyeva 
Almaniyalı nazirlər zəlzələ bölgəsində - FOTO Almaniyalı nazirlər zəlzələ bölgəsində - FOTO Almaniyalı nazirlər zəlzələ bölgəsində - FOTO