Almaniyanın xarici işlər nazirinin qeyri-adi istəyi: bütün səfirlərdən tələb etdi ki…

Almaniyanın xarici işlər nazirinin qeyri-adi istəyi: bütün səfirlərdən tələb etdi ki… Dünya

Almaniyanın xarici işlər naziri Yohann Vadeful ölkənin bütün səfirliklərinə Prezident Frank-Valter Ştaynmayerin fotosu ilə yanaşı, öz portretinin də yerləşdirilməsi barədə göstəriş verib.

News24.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Almaniyada xaricdəki diplomatik nümayəndəliklərdə hazırkı prezidentin portretinin asılması uzun illərdir adi praktika sayılır. İndi isə buna daha bir sima əlavə olunur.

Nazirin istəyinə görə, bu, sadəcə hər hansı foto olmamalıdır – onun səfirlərə göndərdiyi məktubda şəklin necə formatda çap edilməli və necə çərçivələnməli olduğu ətraflı izah edilib.

XİN bildirir ki, onlar sadəcə Müdafiə Nazirliyindəki praktikanı tətbiq edirlər: müdafiə naziri Boris Pistoriusun fotosu Bundesverin hər bir bazasında asılıb.

Vadefulun iddiasına görə, onun üçün əsas məqsəd xaricdəki diplomatik nümayəndəliklərin nazirliklə əlaqəsini gücləndirməkdir. Qurumdan deyilir ki, bəzi səfirliklər özlərini nazirlikdən çox uzaq hiss edir və bu da işə təsir edir.