Alyaskada güclü zəlzələ

Alyaskada güclü zəlzələ Dünya

ABŞ-nin Alyaska yarımadasında 5,7 maqnitudalı zəlzələ baş verib.

News24.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan bölməsi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Ankoric şəhərindən 322 kilometr cənub-qərbdə yerləşib.

ABŞ Geoloji Xidməti isə zəlzələnin maqnitudasını 5,5 olaraq qiymətləndirib.

Amerikalı seysmoloqların məlumatına görə, zəlzələnin ocağı 87,6 kilometr dərinlikdə olub.