Polisəm deyib milyon yarımlıq qızılı ələ keçirən azərbaycanlı tutuldu - VİDEO

Polisəm deyib milyon yarımlıq qızılı ələ keçirən azərbaycanlı tutuldu  - VİDEO Dünya

Türkiyənin İstanbul şəhərinin Ataşehir rayonunda özlərini polis əməkdaşı kimi təqdim edən dələduzlar iki qadından ümumilikdə 1 milyon 700 min lirə (təxminən 57 min manat) dəyərində qızıl-zinət əşyaları alıblar.

News24.az xəbər verir ki, 64 yaşlı Gülşən Ş.-yə zəng edən şəxslər onun adının terror təşkilatı ilə bağlı istintaqa qarışdığını bildirərək evindəki qiymətli əşyaların müvəqqəti olaraq təhlükəsiz yerə aparılmalı olduğunu deyiblər. Buna inanan qadın evinə gələn şəxsə qızıllarını təhvil verib. Daha sonra həmin şəxslə əlaqə saxlaya bilməyən qadın polisə müraciət edib.

Araşdırma zamanı şübhəlilərdən Beytullah K. saxlanılıb. O, əldə etdiyi qızılları başqa şəxsə təhvil verdiyini və bunun müqabilində 30 min lirə aldığını etiraf edib.

Polis müəyyən edib ki, Azərbaycan vətəndaşı Yashar M. qızılları dollarla dəyişdirərək əldə olunan vəsaiti kriptovalyuta vasitəsilə soyuq cüzdana köçürüb.

Əməliyyat zamanı Yashar M., Serkan S. və iki zərgər saxlanılıb. Araşdırma nəticəsində Osmaniyədə yaşayan 50 yaşlı Nuran Ş.-nin də eyni üsulla aldadıldığı üzə çıxıb.

İş üzrə ümumilikdə 5 şübhəli həbs edilib. Araşdırma davam edir.