Amerikalı döyüşçü Həbibi "piyli oğlan" adlandırdı
Dünya
Amerikalı UFC döyüşçüsü Toni Ferqyuson UFC əfsanəsi Həbib Nurməhəmmədovun son açıqlamasına cavab verib.
News24.az Publika.az-a istinadla xəbər verir ki, əvvəllər Həbib Ferqyusona “gənc döyüşçülər naminə” idman karyerasını bitirməyi tövsiyə etmişdi .
“Bu nə sözlərdir! O demək istəyir ki, gənclər naminə təqaüdə çıxmalıyam? Piyliyi oğlan”, – deyə Ferqyuson sosial şəbəkələrdə yazıb.
Toni Ferqyuson və Həbib Nurməhəmmədov arasında 5 dəfə döyüş planlaşdırılıb və müxtəlif səbəblərdən heç biri baş tutmayıb.