Ana dilində təhsil ləğv edildi - Bu ölkədə
Dünya
Nigeriya hökuməti son üç ildir tətbiq etdiyi ana dilində təhsil proqramını rəsmi olaraq dayandırıb və məktəblərdə yenidən ingilis dilində dərslərə keçid elan edib.
News24.az-ın məlumatına görə, təhsil naziri Tunji Alausa bildirib ki, proqram gözlənilən nəticəni verməyib və şagirdlərin imtahan göstəriciləri ciddi şəkildə pisləşib.
Nazirliyin məlumatına görə, ana dilində təhsilin ən çox tətbiq olunduğu bölgələrdə nəticələr ölkə ortalamasının da altına düşüb.
Proqramın uğursuzluğunun əsas səbəbləri kimi ixtisaslı müəllim çatışmazlığı, dərs vəsaitlərinin məhdudluğu və tez-tez baş verən müəllim narazılıqları göstərilib.
Qərar ölkədə geniş müzakirələrə yol açıb və təhsil sisteminin gələcəyi ilə bağlı debatları gücləndirib.