Ancelina Coli malikanəsini satışa çıxardı – FOTOLAR
Dünya
Hollivud ulduzu Ancelina Coli ABŞ-nin Los-Anceles şəhərində yerləşən lüks malikanəsini satışa çıxarıb.
News24.az xəbər verir ki, məşhur aktrisanın şəhərin ən nüfuzlu ərazilərindən biri hesab edilən Los-Feliz məhəlləsində yerləşən tarixi evi üçün 29,85 milyon dollar (təxminən 51 milyon manat) tələb etdiyi bildirilir.
Məlumata görə, malikanə vaxtilə əfsanəvi rejissor Sesil B. DeMilə məxsus olub. Coli isə evi 2017-ci ildə aktyor Bred Pittdən ayrıldıqdan sonra təxminən 24,5 milyon dollara satın almışdı.
Təxminən 2,1 akr (1 akr 0,4 hektara bərabərdir – red.) ərazini əhatə edən malikanədə 6 yataq otağı və 10 hamam otağı yerləşir. “Beaux-Arts” memarlıq üslubunda inşa edilən evdə ayrıca qonaq evi, hovuz, fitness studiyası, çay evi və xüsusi təhlükəsizlik bölməsi də mövcuddur.
Tarixi malikanə həmçinin Qriffit Rəsədxanası və Hollivud təpələrinə açılan mənzərəsi, eləcə də, iri və yaşıllıqla əhatə olunmuş bağları ilə diqqət çəkir. (Qafqazinfo)