Ankarada zəlzələ oldu

Ankarada zəlzələ oldu Dünya

Türkiyənin paytaxtı Ankara şəhərində 3,9 maqnitudalı zəlzələ qeydə alınıb.

News24.az xəbər verir ki, bu barəd AFAD məlumat yayıb.

Bildirilib ki, təkanlar yerli vaxtla saat 09:59-da qeydə alınıb. Zəlzələnin ocağı yerin təxminən 7 kilometr dərinliyində yerləşib.

Hələlik zəlzələ nəticəsində dağıntı və ya xəsarət alanların olması barədə rəsmi məlumat verilməyib.