Danışıqlar pozularsa, nə olacaq? – Vaşinqtondan Rusiyaya sərt mesaj

Danışıqlar pozularsa, nə olacaq? – Vaşinqtondan Rusiyaya sərt mesaj Dünya

ABŞ Rusiyanın sülh planı üzrə danışıqları pozacağı təqdirdə yeni sanksiyalar tətbiq etməyə hazırlaşır.

News24.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Bildirilir ki, Vaşinqton bir neçə variantı nəzərdən keçirir. Bunlara Rusiya neftinin daşınmasında istifadə edilən “kölgə donanması”na aid gəmilərə, eləcə də bu əməliyyatlara vasitəçilik edən treyderlərə qarşı sanksiyaların tətbiqi daxildir.

“Bloomberg”ə danışan bəzi mənbələr yeni məhdudiyyətlərin artıq bu həftə açıqlana biləcəyini deyiblər.

Məlumata görə, ABŞ-nin maliyyə naziri Skott Bessent bu planları həftənin əvvəlində Avropa ölkələrinin səfirlərindən ibarət qrupla keçirilən görüşdə müzakirə edib. Yekun qərar isə ABŞ Prezidenti Donald Trampa məxsusdur.