"Apple" yeni "iPhone" modelini təqdim etdi
Dünya
“Apple” yeni smartfonu – “iPhone 17e” modelini təqdim edib.
News24.az xəbər verir ki, şirkətin məlumatına görə, cihazın ekran diaqonalı baza modeli olan “iPhone 17”dən bir qədər kiçikdir. Smartfon ən son nəsil “A19” çipi ilə təchiz olunub və üç rəng variantında – ağ, qara və çəhrayı rənglərdə satışa çıxarılacaq.
Korporasiya bildirir ki, “iPhone 17e” 20 Vt və daha güclü adapterlər vasitəsilə cəmi 30 dəqiqəyə 50 faizədək enerji yığa bilir.