Ağır qəzada 7 nəfər öldü – Bu ölkədə
Dünya
Türkiyədə Antalya-Isparta avtomobil yolunun Karğı ərazisində yük maşını (TIR) ilə mikroavtobusun toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, ilkin məlumata görə, qəza nəticəsində 7 nəfər həlak olub, 2-si ağır olmaqla daha 7 nəfər yaralanıb.
Hadisənin saat 17:00 radələrində baş verdiyi bildirilir.
Qəzanın səbəbləri araşdırılır, əraziyə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub. (APA)