Argentina prezidenti paylaşdığı video ilə gündəm oldu
Dünya
ABŞ, İsrail və İran arasındakı gərginliyin davam etdiyi bir vaxtda Argentina prezidenti Xavyer Miley sosial mediada paylaşdığı video ilə diqqət çəkib.
News24.az xəbər verir ki, Miley öz rəsmi hesabında süni intellekt vasitəsilə hazırlanmış video yayımlayıb. Videoda ABŞ prezidenti Donald Tramp səhnə şousunu xatırladan formada İranın ali rəhbəri Əli Xamenei və Venesuela prezidenti Nikolas Maduro “sehrli şəkildə” yoxa çıxarır.
Kadrlarda hadisələrin uydurma formada təqdim olunduğu və videonun sonunda Mileyinin bu hərəkətləri alqışladığı görünür.
Qısa müddətdə geniş yayılan video sosial şəbəkələrdə müzakirələrə səbəb olub.