Argentina Prezidentinin bu çıxışı gündəm oldu - Foto

Argentina Prezidentinin bu çıxışı gündəm oldu - Foto Dünya

Argentina Prezidenti Xavyer Miley keçmiş sevgilisi, aktrisa və komediyaçı Fatima Florezin çıxışına qatılaraq səhnədə mahnı oxuyub və bu hadisə geniş müzakirələrə səbəb olub.

News24.az xəbər verir ki, "Gran Rex" teatrında baş tutan şou zamanı qonaq qismində səhnəyə çıxan Miley məşhur argentinalı sənətçi Sandronun mahnılarını ifa edib.

Prezidentin gözlənilməz çıxışı zalda olan tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Miley ifasının görüntülərini daha sonra sosial şəbəkə hesablarında da paylaşıb.

Hadisə sosial mediada müxtəlif reaksiyalar doğurub. Bəzi istifadəçilər Prezidentin bu addımını səmimi və qeyri-adi hesab edərək dəstəkləsə də, bir qisim dairələr bunu tənqid edib və müzakirə mövzusuna çevirib.

Argentina Prezidentinin bu çıxışı gündəm oldu - Foto