Armen Qriqoryan ABŞ-a niyə çağırılıb? - ŞƏRH
Dünya
Xarici işlər nazirlərinin Vaşinqtonda keçirilən danışıqlarından sonra Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ-a gedib və Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüb.
Sözügedən səfərin təfərrüatlarını şərh edən erməni ekspert Artur Tovmasyan deyib ki, Qriqoryanın tələsik səfəri Qarabağda (qondarma) “müdafiə ordusu”nun təcili şəkildə ləğv edilməsi ilə bağlıdır, çünki bu Rəsmi Bakının əsas tələbidir: ““Qərbin təzyiqi ilə İrəvan Araik Arutyunyanı “müdafiə ordusu”nu tərksilah etməyə inandıracaq. Bunun qarşılığında “Artsax rəhbərliyinə” təhlükəsizlik zəmanətləri veriləcək. Bu məsələnin həyata keçirilməsi üçün ABŞ-da konkret addımlar müzakirə olunur”, - deyə o bildirib.
Mövzu ilə bağlı News24.az-a danışan politoloq İlqar Vəlizadə bildirib ki, qondarma rejimin “ordu”su tərk-silah olacağı təqdirdə təhlükəsizlik zəmanəti istəyir.
“Ehtimallara birmənalı yanaşmanı doğru hesab etmirəm. Bəli, hazırda Ermənistan rəhbərliyi təhlükəsizliklə bağlı zəmanət istəyir. Bu versiyanı əsas götürsək, düşünə bilərik ki, onlar təhlükəsizlik məsələsində Vaşinqtondan əminlik gözləyirlər. Hesab edirlər ki, qondarma rejimin “ordu”su tərk-silah olacağı təqdirdə zəmanətə ehtiyacları var. Moskvadan artıq əllərini üzüblər. Ona görə də, təbii olaraq özlərinə bir “havadar” axtarırlar və Vaşinqtondan kömək gözləyirlər. Atdıqları addımlar buna dəlalət edir. Bir müddət öncə ABŞ-ın Ermənistandakı səfiri Qarabağ ermənilərinin Azərbaycanın tərkibində təhlükəsiz yaşaya biləcəklərinə ümid etdiyini deyib. Həmçinin diplomat Vaşinqtonun Qarabağın erməni sakinlərinin hüquq və təhlükəsizliyinin Azərbaycanın tərkibində təmin oluna biləcəyinə inandığını söyləyib. Burada bir növ zəmanətdən söhbət gedir”.
Politoloqun sözlərinə görə, Ermənistan siyasi rəhbərliyi Birləşmiş Ştataların zəmanət verə biləcəyini düşünür: “Məhz o səbəbdən də, təfərrüatlar barədə danışarkən qeyd edirlər ki, bu yöndə müzakirələr aparılması ilə yanaşı bir sıra praktik addımlar da atılır”.

İ.Vəlizadə hesab edir ki, səfəri yalnız erməni ekspertinin dediyi kontekstdə məhdudlaşdırmaq olmaz.
“Çünki Ermənistan indi elə bir vəziyyətdədir ki, yaxın zamanda ciddi problemlərlə üzləşə bilər. ABŞ hesab edir ki, Ermənistandan Rusiyaya külli miqdarda mallar gedir. Bunlar sanksiyalardan yan keçir. Sözügedən reallıq ikitərəfli münasibətlərə ciddi şəkildə xələl gətirməyə qadirdir.
Qriqoryanın səfəri kontekstində bir sıra versiyalar mümkündür. Ümumiyyətlə Birləşmiş Ştatlar bu məqamda Ermənistana təhlükəsizlik zəmanəti vəd edə bilməz. Bu yalnız Azərbaycanın iqtidarındadır. İstər ABŞ, istərsə də Rusiya başqa bir ölkənin təhlükəsizliyi üçün Azərbaycana qarşı tələb irəli sürə bilməz. Biz dəfələrlə bəyan etmişik ki, Qarabağ Azərbaycanın ərazisidir və heçbir şəkildə təzyiq göstərilə bilməz. Əgər biz hər hansı üçüncü ölkə qarşısında öhdəlik götürəcəyiksə, bu, artıq ermənilərə xüsusi status vermək deməkdir. Biz isə buna qətiyyən yol verməyəcəyik. Səsləndirilən ehtimallar tamamilə boş və absurddur. Səfərin arxasında başqa məqsədlər: ABŞ-Ermənistan münasibətləri, Ermənistan-Rusiya münasibətləri fonunda müzakirələr edilibsə, bunu etməyə əsaslar var”,- o deyib.
Prezident İlham Əliyev də Qoşulmama Hərəkatının görüşündə Qarabağla bağlı tələbləri elan edib: Ermənistanın silahlı qüvvələri çıxmalı, bölgədəki erməni hərbi və yarımhərbi elementləri tərk-silah edilməlidir.
Politoloq qeyd edib ki, ölkə başçısının bu tələbləri QŞ-nin görüşündə dilə gətirməsi bundan sonra atılacaq addımlarla bağlı beynəlxalq ictimaiyyəti məlumatlandırması kimi qəbul edilə bilər.
Arzu