Asiyada dəhşətli tablo: 1500-dən çox insan öldü

Asiyada dəhşətli tablo: 1500-dən çox insan öldü Dünya

İndoneziya, Şri-Lanka və Tailandda daşqın nəticəsində həyatını itirənlərin sayı 1500 nəfəri ötüb.

News24.az xəbər verir ki, bu il Cənubi və Cənub-Şərqi Asiya ölkələri iki güclü tropik fırtınanın və ən şiddətli musson yağışın təsiri altına düşüb. Nəticədə region tarixində görülməmiş yağıntı müşahidə olunub.

Dağıdıcı leysan 1500-dən çox insanın ölümünə səbəb olub. Daşqın və torpaq sürüşməsi körpüləri, yolları məhv edib, rabitəni iflic vəziyyətə salıb, çoxlu yaşayış məntəqəsini xarici dünya ilə əlaqəsiz qoyub.

Şri-Lankada təbii fəlakətin ilkin qiymətləndirilmiş iqtisadi zərəri 6 milyard avro təşkil edir. Minlərlə insan ciddi ərzaq və içməli su çatışmazlığı ilə üz-üzə qalıb, 60 min nəfərdən çox sakin dövlətin müvəqqəti sığınacaqlarında yerləşdirilib