ABŞ və İran arasında danışıqlar davam edir – YENİLƏNDİ

ABŞ və İran arasında danışıqlar davam edir – YENİLƏNDİ Dünya

ABŞ və İran nümayəndə heyətləri arasında danışıqların üçüncü mərhələsi başlayıb.

News24.az xəbər verir ki, bu barədə Pakistanın dövlət televiziyası məlumat yayıb.

**

İran və ABŞ arasında danışıqların növbəti mərhələsi bu gecə və ya sabah keçirilə bilər.

News24.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi İranın danışıqlar heyətindəki yaxın mənbəyə istinadən məlumat yayıb.

"Bu gecə və ya sabah (bazar günü) başqa bir danışıqlar mərhələsi keçiriləcək", - mənbə qeyd edib. (APA)

**21:22

İslamabadda ABŞ və İran nümayəndə heyətləri arasında keçirilən birbaşa atəşkəs danışıqlarının birinci mərhələsi yekunlaşıb.

News24.az xəbər verir ki, “Al Jazeera” telekanalının məlumatına görə, tərəflər hazırda əldə olunmuş ilkin razılaşmaları təsdiqləmək üçün yazılı mətnlərin mübadiləsini həyata keçirirlər. Bu sənəd mübadiləsi Vaşinqton və Tehranın müzakirə olunan bəndlər üzrə eyni mövqedə olduqlarını rəsmiləşdirmək məqsədi daşıyır.

Qeyd edək ki, sözügedən görüş 1979-cu il İslam İnqilabından bəri iki ölkə arasında keçirilən ilk yüksək səviyyəli və üz-üzə formatlı danışıqlar kimi tarixə düşüb. Müzakirələrin əsas mövzusu regionda uzunmüddətli sülhün bərqərar olması, Hörmüz boğazının təhlükəsizliyi və qarşılıqlı təhlükəsizlik zəmanətləridir. (Qafqazinfo)

**19:19

İran-ABŞ danışıqları İslamabadda başlayıb. Nümayəndə heyətləri arasında danışıqlar birbaşa aparılır.

News24.az xəbər verir ki, danışıqlarda İran nümayəndə heyətinə parlament sədri Məhəmməd Baqir Qalibaf, ABŞ nümayəndə heyətinə isə vitse-prezident Cey Di Vens rəhbərlik edir.

ABŞ nümayəndə heyətinin tərkibinə prezident Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşner daxildir.

İran nümayəndə heyətində isə Mərkəzi Bankın rəhbəri Əbdolnasir Hemmati, Müdafiə Şurasının katibi Əli Əkbər Əhmədian və xarici işlər naziri Abbas Əraqçi təmsil olunur.

İslamabadda İran və ABŞ arasında keçirilən danışıqlar bəzi məsələlər üzrə ümumi müzakirə mərhələsini geridə qoyaraq texniki detallara keçib.

Eyni zamanda, danışıqların bir gün uzadılması ehtimalı ilə bağlı müzakirələr aparılır, lakin bu hələ təsdiqlənməyib.

İlkin görüşlər və məsləhətləşmələrdən sonra İran və ABŞ nümayəndə heyətləri arasında dialoq artıq bəzi ümumi mövzuları keçərək konkret detallara və texniki müzakirələrə daxil olub.

Buna uyğun olaraq, hər iki tərəfin ekspertləri müəyyən məsələlərin detallı aspektlərini araşdırır.

Danışıqlar ilkin olaraq bir günlük sessiya kimi planlaşdırılsa da, ekspert səviyyəli müzakirələrin davam etdirilməsi üçün onların əlavə bir gün uzadılması ehtimalı mövcuddur. Lakin bu məsələ hələ yekunlaşdırılmayıb. (APA)

**15:21

ABŞ və İran rəsmiləri Pakistanın paytaxtı İslamabadda atəşkəs danışıqları aparmağa hazırlaşır.

News24.az xəbər verir ki, bu görüşlər 1979-cu il İslam inqilabından bəri iki ölkə arasında ən yüksək səviyyəli təmaslardan biridir.

Məlumata görə, ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vens danışıqlar ərəfəsində Pakistanın Baş naziri Şahbaz Şəriflə görüş keçirib.

İran nümayəndə heyətinə isə parlament sədri Məhəmməd Baqer Qalibaf və xarici işlər naziri Abbas Əraqçi daxildir.

Pakistan rəsmiləri bildirir ki, ölkə Yaxın Şərqdə artıq altı həftədir davam edən müharibənin dayandırılması üçün ABŞ və İran arasında birbaşa danışıqlara vasitəçilik etməyə çalışır.(qafqazinfo)