Atəşkəsdən sonra İranda partlayış səsləri eşidildi
Dünya
ABŞ ilə İran arasında əldə olunan atəşkəs razılaşmasından sonra ölkə ərazisində partlayış səsləri eşidilib.
News24.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Bildirilib ki, bir neçə partlayış səsi Siri adasında qeydə alınıb. Hadisənin səbəbi hələlik məlum deyil.
Qeyd edək ki, İran Silahlı Qüvvələri ABŞ-nin atəşkəsə riayət etməyəcəyi təqdirdə ölkəyə qarşı istənilən hücuma peşmanedici formada cavab veriləcəyini açıqlayıb.