Atəşkəsə məhəl qoymadılar - Livan vuruldu

Atəşkəsə məhəl qoymadılar - Livan vuruldu Dünya

Atəşkəs qüvvəyə mindikdən sonra da İsrail Livanın cənubuna hücumları davam etdirib.

News24.az xəbər verir ki, bu barədə Livanın Milli Xəbər Agentliyi (NNA) məlumat yayıb.

“Atəşkəs rejiminin qüvvəyə minməsindən təxminən, yarım saat keçməsinə baxmayaraq, İsrail ordusunun artilleriyası Xiyam və Debin yaşayış məntəqələrini atəşə tutmağa davam edir”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, 16 aprel tarixində İsrailin baş naziri Benyamin Netanyahu Livanda atəşkəs məsələsini müzakirə etmək üçün hökumətin əsas nazirlərinin daxil olduğu təhlükəsizlik kabineti ilə iclas keçirib.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Livan prezidenti Cosef Aoun və İsrailin baş naziri Benyamin Netanyahu ilə danışdığını bildirib. Onun sözlərinə görə, nəticədə 10 günlük atəşkəs barədə razılıq əldə olunub.