"Avropa cəhənnəmə düşəcək" - Vuçiç
Dünya
Serbiya Prezidenti Aleksandar Vuçiç Yaxın Şərqdə artan gərginliyin qlobal enerji bazarlarına ciddi təsir göstərə biləcəyi barədə xəbərdarlıq edib.
News24.az xəbər verir ki, Vuçiç İranın Hörmüz boğazını bağlama ehtimalını şərh edib. O bildirib ki, belə bir addım dünya üzrə neft qiymətlərinin kəskin artmasına səbəb olacaq.
Serbiya liderinin sözlərinə görə, bu vəziyyət xüsusilə Avropa iqtisadiyyatı üçün ağır nəticələr doğura bilər:
“Neft qiymətləri hamımızı öldürəcək. Hörmüz boğazının bağlanması səbəbindən Avropa cəhənnəmə düşəcək”.
Vuçiç qeyd edib ki, qlobal neft daşımalarının əsas marşrutlarından biri olan boğazda mümkün blokada yalnız enerji böhranı yaratmayacaq, eyni zamanda dünya miqyasında inflyasiyanın nəzarətdən çıxmasına gətirib çıxara bilər. (sondakika.com)