Avropa Komissiyasından "META"-ya - SORĞU
Dünya
Avropa Komissiyası Avropa rəqəmsal qanunvericiliyini pozduğuna görə Meta ilə bağlı araşdırma çərçivəsində şirkətə növbəti sorğu göndərib.
News24.az xəbər verir ki, təşkilat Meta-nın avqustun 14-dən etibarən CrowdTangle xidmətinin bir sıra funksiyalarını söndürməsinin səbəbləri ilə maraqlanıb.
Bu barədə AK-nin saytında dərc olunmuş bəyanatda deyilib. Bundan əlavə, Meta-dan seçkilərin monitorinqi və vətəndaş müzakirələri üçün funksiyalarını yeniləmək planları barədə məlumat verilməsi istənilib. Əgər bu tələblər yerinə yetirilməsə, şirkət cərimələnəcək.
Məryəm İlhamqızı