Brüsseldə narazılıq: Avropa liderləri etiraz edirlər

Brüsseldə narazılıq: Avropa liderləri etiraz edirlər Dünya

Avropa ölkələri ABŞ Prezidenti Donald Trampın irəli sürdüyü sülh planının ən azı dörd mühüm bəndini müzakirə edib yenidən nəzərdən keçirmək niyyətindədir.

News24.az xəbər verir ki, bu barədə “BILD” məlumat yayıb.

Nəşrin məlumatına görə, bu dörd bəndə aşağıdakılar aiddir:

Ərazi bölgüsü ilə bağlı təklif:
Planın Donetsk vilayətinin tam şəkildə və Krımın Rusiya tərəfindən tanınması ilə bağlı hissəsi Avropada narazılıq yaradıb. “Biz sərhədlərin zor gücü ilə dəyişdirilməsinə qəti şəkildə qarşıyıq”, – bəyanatda deyilir.

Ukrayna ordusunun sayının azaldılması:
Trampın Ukrayna Silahlı Qüvvələrinin sayının 600 min nəfərə endirilməsi təklifi Avropada təhlükəli hesab olunur. Bildirilir ki, bu addım Ukraynanı həddindən artıq həssas vəziyyətə sala bilər.

Ukraynaya təhlükəsizlik zəmanətləri:
Avropa dövlətləri Rusiyanın gələcəkdə Ukraynaya və ya Avropa İttifaqına hücum etməyəcəyi barədə rəsmi öhdəliklərinə etibar etmirlər. Qeyd olunur ki, Moskva əvvəllər də bu cür razılaşmaları pozub.

Dondurulmuş Rusiya aktivlərinin gələcəyi:
Avropalı rəsmilər Putinin dondurulmuş aktivlərdən iqtisadi fayda əldə etməsinə qarşı çıxırlar və bu məsələnin də yenidən müzakirəyə çıxarılmasını istəyirlər.