Avropa Məhkəməsinə ilk dəfə qadın prezident seçildi

Dünya
Avropa İnsan Hüquqları Məhkəməsinin yeni Prezidenti seçilib.

News24.az xarici mətbuata istinadən xəbər verir ki, bu gün Siofra O'Liri (İrlandiya) yeni Prezident seçilib. O'Liri bu postda Robert Spanonu (İslandiya) əvəzləyəcək.

O, Avropa İnsan Hüquqları Məhkəməsinin ilk qadın Prezidentidir. Yeni Prezident vəzifəsinin icrasına noyabrın 1-dən başlayacaq.