Avropa qapılarını bağlayır: rusiyalı hərbçilərə şok qərar
Dünya
Ukraynaya qarşı müharibədə iştirak etmiş yüz minlərlə rusiyalı hərbçinin Avropa İttifaqı ölkələrinə girişinə qadağa qoyula bilər.
News24.az xəbər verir ki, bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna açıqlama yayıb. Onun sözlərinə görə, müvafiq təklif artıq Brüsseldə müzakirə olunur.
Tsaxkna Aİ ölkələrinin nümayəndələri ilə keçirilən görüşdə bildirib ki, müharibə başa çatacağı təqdirdə bir çox rusiyalı hərbçi Avropaya gəlmək niyyətindədir.
“Onlar çox təhlükəli insanlardır”, – deyə nazir vurğulayıb.
Qeyd edək ki, mövcud məlumatlara əsasən, 2022-ci ildən bəri təxminən 1,5 milyon Rusiya vətəndaşı Ukraynada döyüş əməliyyatlarında iştirak edib. Onlardan təxminən 640 mini hazırda da aktiv şəkildə müharibədədir.