Avropa silkələnir: - Almaniya ABŞ-ı tərk etməyə hazırlaşır

Avropa silkələnir: - Almaniya ABŞ-ı tərk etməyə hazırlaşır Dünya

Almaniyada dünən keçirilən ümumi seçkilərdə mühafizəkar Xristian Demokratlar (CDU/CSU bloku) səslərin 28,5 faizini, Almaniya üçün neonasist Alternativ (AfD) isə 20,5 faiz səs toplayıb.

News24.az xəbər verir ki, Almaniyanın yeni kansleri olmağa hazırlaşan Fridrix Merz Avropaya ABŞ-dan “əsl müstəqillik” verəcəyini vəd edib.

Qələbədən sonra açıqlama verən Merz, “Mütləq prioritetim Avropanı gücləndirmək olacaq. Beləliklə, biz ABŞ-dan müstəqilliyimizə əldə edə bilərik. Mən həmişə demişəm ki, AfD ilə koalisiyadan söhbət gedə bilməz" deyən gələcək baş nazir əlavə edib:

"Bizim prinsipial fikir ayrılıqlarımız var. Onlar bizim istədiyimizin tam əksini istəyirlər. Ona görə də əməkdaşlıq olmayacaq".

Qeyd edək ki, Almaniyadakı əsas partiyalar ABŞ-ın tanınmış simalarının, o cümlədən texnoloji milyarder və ABŞ prezidenti Donald Trampın müttəfiqi İlon Maskın dəstəyini alan ifrat sağçı AfD ilə ortaqlığı rədd edir.

Günel Məlikzadə