Avropada həyat səviyyəsi son 40 ilin ən aşağı həddinə endi
Dünya
Avropada yaşayış səviyyəsi ABŞ ilə müqayisədə aşağı düşüb. Son 40 ildə ən aşağı göstərici qeydə alınıb.
News24.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Agentlik bildirir ki, Avropada enerji xərcləri 60 faiz artıb, sənaye istehsalı isə cəmi 1,2 faiz yüksəlib.
Ekspertlər problemi əsasən Avropa ölkələrinin bürokratiya və səlahiyyətləri mərkəzi orqanlara vermək istəməməsi ilə əlaqələndirirlər. “Bloomberg” yazır ki, populizmlə mübarizə aparmaq üçün Avropa İttifaqı iqtisadi rəqabət qabiliyyətini təcili bərpa etməlidir.