Avropada HİV “səssiz böhran”a çevrilir
Dünya
Avropada HİV üzrə yeni hesabat ciddi mənzərə ortaya qoyub.
News24.az xəbər verir ki, ÜST və Avropa Xəstəliklərin Qarşısının Alınması Mərkəzinin məlumatına görə, 2024-cü ildə 105 mindən çox insana HİV diaqnozu qoyulub və onların yarıdan çoxunda virus gec aşkarlanıb.
Bu isə müalicəni çətinləşdirir və yoluxma riskini artırır. Mütəxəssislər bildirirlər ki, diaqnozu gec qoyulanların sayı artdıqca, diaqnozu olmayan yoluxmuş insanların da sayı yüksəlir.
ÜST nümayəndəsi Henri Kluge vurğulayıb ki, stigma və ayrı-seçkilik insanların testdən keçməsinə ən böyük maneədir və bu, Avropada “səssiz böhran”ı daha da dərinləşdirir.
Hesabat daha geniş müayinə, maarifləndirmə və profilaktika tədbirlərinin təcili gücləndirilməsini tövsiyə edir.