Avropadan Ukraynaya növbəti yardım: 2,3 milyard avrolu nəyə xərclənəcək?
Dünya
Avropa Şurası Ukraynaya təxminən 2,3 milyard avro məbləğində makrofinans yardımının altıncı tranşını təsdiqləyib.
News24.az xəbər verir ki, yeni paket Ukraynanın iqtisadi sabitliyini qorumaq, büdcə kəsirini kompensasiya etmək və müharibə şəraitində dövlətin əsas fəaliyyətlərini dəstəkləmək məqsədi daşıyır.
Bu yardım Avropa İttifaqının 2023–2027-ci illəri əhatə edən uzunmüddətli maliyyə öhdəlikləri çərçivəsində ayrılan paketlərin bir hissəsidir.
Avropa Şurası bildirib ki, vəsaitin ayrılması Ukraynanın davamlı dəstəklənməsi ilə bağlı ümumi siyasi razılaşmanın tərkib hissəsidir və yaxın müddətdə Kiyevə köçürülməsi nəzərdə tutulur.