Avropanın ən yaşlı monarxı təcili xəstəxanaya aparıldı

Avropanın ən yaşlı monarxı təcili xəstəxanaya aparıldı Dünya

Norveç Kralı V Harald İspaniyanın Tenerife adasında xəstəxanaya yerləşdirilib.

News24.az xəbər verir ki, bu barədə Norveç Kral Sarayı məlumat yayıb.

Bildirilib ki, 89 yaşlı monarx infeksiya və dehidrasiya səbəbindən hospitala aparılıb.

Kral özəl tətil zamanı həyat yoldaşı Kraliça Sonya ilə birlikdə istirahətdə olub. Sarayın açıqlamasına görə, onun vəziyyəti yaxşı qiymətləndirilir.

Qeyd edək ki, Harald 1991-ci ildən Norveçin rəmzi dövlət başçısıdır və hazırda Avropada yaşayan ən yaşlı monarx hesab olunur.