"Avroviziya 2026"-nın qalibi Bolqarıstan oldu

"Avroviziya 2026"-nın qalibi Bolqarıstan oldu Dünya

"Avroviziya-2026" mahnı müsabiqəsinin qalibi Bolqarıstanlı DARA olub.

News24.az xəbər verir ki, yarışmanın yekununda ümumilikdə 516 xal toplayan Bolqarıstan müsabiqənin qalibi olub.

Qeyd edək ki,Azərbaycan yarışmada ən çox xalı (12) İtaliyaya verib.

Azərbaycandan 10 xal Ukraynaya, 8 xal Serbiyaya, 7 xal Xorvatiyaya, 6 xal isə Albaniyaya verilib.

Azərbaycandan olan səsləri əməkdar artist Səbinə Babayeva elan edib.