Avtomobil avtobus dayanacağına çırpıldı : - 4 ölü, 5 yaralı
Dünya
Türkiyədə avtomobil avtobus dayanacağına çırpılıb.
News24.az xəbər verir ki, bu barədə “DHA” məlumat yayıb.
Məlumata görə, hadisə Konya şəhərində baş verib.
Qəza zamanı dayanacaqda olanlardan 4 nəfər ölüb, 5 nəfər isə ağır xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Mehriban Mirzəzadə