Avtomobili insanların üzərinə sürdü - Yaralılar var

Avtomobili insanların üzərinə sürdü - Yaralılar var Dünya

Almaniyanın Münhen şəhərində avtomobilin insanların üzərinə sürüb, azı 15 nəfərin yaralandığı bildirilib.

News24.az Bild-ə istinadən xəbər verir ki, hadisədən sonra Dachauer bölgəsində geniş polis əməliyyatına başlanılıb.

Sabah şəhərdə Münhen Təhlükəsizlik Konfransı keçiriləcək. Hücumun konfransın keçiriləcəyi yerin yaxınlığında törədildiyi iddia edilir.

Onu da qeyd edək ki, Verdi ittifaqının rayonda keçirilən etiraz aksiyasına toplaşan insanların üzərinə maşın sürdüyü bildirilir.

Münhen polisi avtomobilin sürücüsünün hadisə yerində təhlükəsizliyin təmin olunduğunu və başqa təhlükə yaratmadığını açıqlayıb.

Günel Məlikzadə

Avtomobili insanların üzərinə sürdü - Yaralılar var