"Ay bizimdir" - Tramp

"Ay bizimdir" - Tramp Dünya

ABŞ Prezidenti Donald Tramp növbəti dəfə müzakirə yaradacaq paylaşım edib.

News24.az xəbər verir ki, Tramp sosial şəbəkə hesabında Ayın üzərində Amerika bayrağının təsvir olunduğu şəkil paylaşaraq “Ay bizimdir” yazıb.

Sözügedən paylaşım ABŞ liderinin yayımladığı 30-dan çox süni intellektlə hazırlanmış görüntüdən ibarət silsilənin bir hissəsi olub.

Digər görüntülərdə isə aktyor Robert De Niro, sabiq prezident Co Bayden, İran və ABŞ-nin Kosmik Qüvvələri ilə bağlı süni intellektlə hazırlanmış müxtəlif təsvirlər yer alıb.

Qeyd edək ki, Tramp daha əvvəl Ayda onun adının veriləcəyi hər hansı obyektin olmasına etiraz etməyəcəyini də bildirib.