"Ayda daimi baza yaratmalıyıq" - Maskdan maraqlı TƏKLİF
Dünya
Amerikalı iş adamı, milyarder İlon Mask Ayda daimi əhalisi olan baza yaratmağı təklif edib.
News24.az Sfera.az-a istinadla xəbər verir ki, o, bu barədə sosial şəbəkədəki səhifəsində yazıb.
Mask xüsusi olaraq "Ayda daimi baza yaratmalıyıq", - deyib.
Qeyd edək ki, Maskın “SpaceX” şirkəti Aya və Marsa uçuşlar həyata keçirməli olan “Starship” kosmik gəmisinin yaradılması ilə məşğuldur.