Ayı evin qapısını sındırıb ailəyə hücum etdi
Dünya
ABŞ-nin Aydaho ştatında kişi evə daxil olan ayıdan ailəsini qoruyarkən ağır xəsarət alıb.
News24.az xəbər verir ki, bu barədə “East Idaho News” məlumat yayıb.
Yırtıcı əvvəlcə pəncərədən evə girməyə çalışıb, daha sonra isə arxa qapını sındıraraq içəri daxil olub.
Kişi ayının ailə üzvlərinə hücum etməsinin qarşısını almağa çalışıb.
Ayı ilı mübarizə aparan kişi ağır xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib.
Ərazidən uzaqlaşan yırtıcı ovçular tərəfindən tapılaraq öldürülüb.