Ayı hücumlarına qarşı hökumətdən yeni qərar - Bu ölkədə
Dünya
Yaponiyada son aylarda artan ayı hücumları hökuməti təcili tədbirlər görməyə vadar edib.
News24.az xəbər verir ki, Türkiyə KİV-lərinin məlumatına görə, Baş nazir Sanae Takaiçi yerli idarələrə bu hücumlarla mübarizə məqsədilə əlavə büdcə ayrılmasının planlaşdırıldığını bildirib.
Hökumətin təqdim etdiyi maliyyə dəstəyi ayı ovçularının əməkhaqlarının ödənilməsinə, təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə və riskli bölgələrdə profilaktik işlərin aparılmasına yönəldiləcək.
Son vaxtlar xüsusilə Akita və İvate prefekturalarında ayı hücumlarının artması səbəbilə bəzi bölgələrə əsgər qüvvələrinin göndərildiyi bildirilir. Hökumət həmçinin yeni lisenziyalı ovçuların işə götürülməsini də planlaşdırır.