Azərbaycandan sonra daha bir ölkə İrana yardım göndərdi
Dünya
Çin Qırmızı Xaç Cəmiyyəti İran Qızıl Aypara Cəmiyyətinə 200.000 dollar təcili humanitar yardım göstərmək qərarına gəlib.
News24.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun bildirib.
O bildirib ki, Çin İran xalqının çətinliklərin öhdəsindən gəlməsinə kömək etmək üçün humanizm ruhuna əsaslanaraq, İslam Respublikasına lazımi dəstəyi göstərməyə davam etməyə hazırdır.
Qeyd edək ki, İrana ilk humanitar yardım göstərən ölkə Azərbaycandır. Daha sonra Rusiya Azərbaycan üzərindən İrana humanitar yardım çatdırıb. (axar.az)