DƏHŞƏT! Azyaşlı nənəsinin evində faciə - YAŞADI
Dünya
Rusiyanın Leninqrad vilayətində azyaşlı oğlanın nənəsini ziyarəti faciə ilə başa çatıb.
News24.az xəbər verir ki, bu barədə “78.ru” məlumat yayıb.
Belə ki, Lebyajye kəndində dörd yaşlı uşaq nənəsinin yanına gətirilib. Qadın nəvəsini yatızdırıb başqa otağa keçib. Amma uşaq yatmayıb və nənəsinin müxtəlif əşyaları ilə o cümlədən göz damcıları ilə oynayıb. Daha sonra o göz damcısından istfadə edib. Qeyd edək ki, oğlan zəhərlənərək Sankt-Peterburqdakı xəstəxanalardan birinə çatdırılıb, uşağın vəziyyəti ağır olaraq qalır. O, reanimasiyadadır.
Mehriban Mirzəzadə