"Bakı ilə orada görüşmək istəyirik" - erməni deputat
Dünya
“Moskvada danışıqların aparılması üçün konkret, dəqiq tarix və təkliflər açıqlanmayıb. Danışıqlar məntiqinin davamlılığını təmin etmək çox vacibdir. Belə bir məntiq formalaşmışdı ki, Vaşinqtonda xarici işlər nazirləri, Brüsseldə isə dövlət başçıları səviyyəsində danışıqlar aparılır. İndi bu davamlılığı təmin etmək çox yaxşı olardı. Biz bu danışıqların (formatın) davamını gözləyirik”.
News24.az xəbər verir ki, bunu Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Sarkis Xandanyan deyib.
“Tarix və şərtlərlə bağlı məlumat yoxdur, amma Ermənistan həmişə xarici işlər nazirləri səviyyəsində danışıqların Vaşinqton formatında davam etdirilməsinin tərəfdarıdır”.
Ayşən