"Barmağımız tətikdədir" – Əraqçi ABŞ-yə cavab verdi
Dünya
"Cəsarətli silahlı qüvvələrimiz hazırdır, barmaqları tətikdədir. Onlar sevimli ölkəmizin torpağına, hava məkanına və ərazi sularına qarşı istənilən təcavüzə tez və qətiyyətlə cavab verməyə hazırdırlar”.
News24.az xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçi özünün “X” hesabında ABŞ-nin mümkün hücum xəbərdarlıqlarına cavab olaraq yazıb.
“İran həmişə bərabərliyə əsaslanan və hər hansı bir məcburiyyət, təhdid və ya qorxutmadan azad olan ədalətli və qarşılıqlı faydalı nüvə sazişini alqışlayıb. Bu saziş İranın dinc nüvə texnologiyası hüququnu təmin edir və nüvə silahı əldə etməyəcəyinə zəmanət verir. Bu cür silahların təhlükəsizlik hesablamalarımızda yeri yoxdur və biz heç vaxt onları əldə etməyə çalışmamışıq”, – paylaşımda deyilir.
Xatırladaq ki, daha əvvəl ABŞ dövlət katibi Marko Rubio Yaxın Şərqə hərbçilər yerləşdirmələri ilə bağlı açıqlama yayıb.