Baş nazirdən Trampa CAVAB: - Ada satılmır

Baş nazirdən Trampa CAVAB: - Ada satılmır Dünya

Tramp ABŞ Konqresindəki çıxışında Qrenlandiyanın öz müqəddəratını təyinetmə hüququnu dəstəklədiklərini və onu ABŞ-a qoşulmağa dəvət etdiklərini bildirib. Adanı bir daha nəzarətə götürmək istəyini ifadə edən Tramp, "Milli təhlükəsizlik və hətta beynəlxalq təhlükəsizlik üçün Qrenlandiyaya ehtiyacımız var. Düşünürəm ki, bu və ya digər şəkildə, onu əldə edəcəyik. Onu alacağıq və sizi təhlükəsiz saxlayacağıq" deyib.

News24.az xəbər verir ki, Qrenlandiyanın Baş naziri Mute Bourup Egede Trampın Qrenlandiya ilə bağlı son açıqlamalarına Facebook hesabındakı paylaşımında cavab verib.

Qrenlandiyanın Qrenlandiyalılara aid olduğunu vurğulayan Egede, "Biz Amerikalı və ya Danimarkalı olmaq istəmirik, biz Qrenlandiyalıyıq. Amerikalılar və liderlərinin bunu anlaması lazımdır. Biz satılmırıq və alınmırıq. Gələcəyimizə biz qərar veririk" deyib.

Günel Məlikzadə