Başqalarını xilas edib, özü - faciəli şəkildə öldü - VİDEO

Başqalarını xilas edib, özü - faciəli şəkildə öldü - VİDEO Dünya

Meksikanın Zacatecas şəhərində keçirilən Birinci Balon Festivalında hava şarının dibində yanğın baş verib. Yanğın zamanı şarın səbətində üç nəfər olub.

News24.az xəbər verir ki, Luicio adlı 40 yaşlı kişi iki sərnişinin xilas olmasına kömək edib. Lakin o, şarın iplərinə ilişib. Bütün səylərinə baxmayaraq, şardan yıxılıb və ölüb.

Sosial mediada paylaşılan videoda Luicio "qəhrəman" adlandırılıb:

"Bu adam əsl qəhrəmandır. Başqalarını xilas etmək üçün öz həyatını riskə atdı. İki nəfəri xilas etmək üçün həyatını riskə atan bu cəsur insanı heç vaxt unutmayacağıq”.

Günel Məlikzadə