Bayden, Mask və Bill Qeytsin "Twitter" hesablarını sındıran haker həbs edildi

Bayden, Mask və Bill Qeytsin "Twitter" hesablarını sındıran haker həbs edildi Dünya
Britaniyalı haker Cozef O'Konnor "Twitter" sosial şəbəkəsində siyasətçilərin və məşhurların hesablarını sındırdığı üçün həbs edilib. 

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, irimiqyaslı kibercinayətkarlıq fəaliyyətlərində iştirak edən Cozef Nyu-York məhkəməsi tərəfindən 5 il müddətinə azadlıqdan məhrum edilib.

O'Konnorun qurbanı ABŞ-ın hazırkı prezidenti Co Bayden, sahibkarlar Bill Gates və Elon Musk, reper Kanye Vest olub. /RT/