Baydeni 2024-cü ildə bitirəcək - SƏBƏB AÇIQLANDI
Dünya
“ABŞ prezidenti Co Baydenin oğlu Hanterin ətrafındakı rüşvət qalmaqalı atasının siyasi karyerasını bitirəcək”.
News24.az “Fox Business”ə istinadən xəbər verir ki, bu fikirləri jurnalist Şon Daffi bildirib.
O deyib ki, demokratların C. Baydenə bəraət qazandırmaq cəhdlərindən narahatdır:
“Tədqiqat göstərir ki, Bayden ailəsi müxtəlif vaxtlarda xarici şirkətlərdən külli-miqdarda pul alıb. Fakt dəlillərlə təsdiqlənsə, o 2024-cü ildə Ağ Evin rəhbəri vəzifəsinə yenidən seçilmək şansını itirəcək”
Qeyd edək ki, istintaq C. Bayden vitse-prezident olduğu dövrdə oğlunun 17 milyon dollar rüşvət alması faktını araşdırır.