Baydenin imzaladığı bütün sənədlər qüvvədən düşdü – Trampdan gözlənilməz qərar
Dünya
ABŞ-də sabiq prezident Co Bayden tərəfindən avtomatik imza ilə təsdiqlənən bütün sənədlər etibarsız sayılacaq.
News24.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu barədə öz sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, “Sleepy Joe” (“Yuxulu Co”) ləqəbi ilə adlandırdığı Bayden sənədlərin təxminən 92 faizini avtomatik imza cihazı ilə təsdiqləyib.
“Bayden tərəfindən avtomatik imza qurğusu vasitəsilə imzalanan hər bir sənəd — bu, təxminən bütün sənədlərin 92 faizidir — bu andan etibarən qüvvədən düşür və hüquqi gücə malik deyil”, – Tramp qeyd edib.