Baydenin xanımı əməliyyat edildi: Şiş götürüldü

Baydenin xanımı əməliyyat edildi: Şiş götürüldü Dünya
ABŞ Prezidentinin həyat yoldaşı Cil Bayden sağ gözündəki zədə səbəbindən əməliyyat edilib.

News24.az xəbər verir ki, əməliyyat "Walter Reed" Milli Tibb Mərkəzində baş tutub.

Həkimlər bildirib ki, Cil Baydenin gözünün üzərində əmələ gələn şişə edilən tibbi müdaxilə uğurlu olub.