BBC 52 illik proqramını dayandırır

BBC 52 illik proqramını dayandırır Dünya

BBC 1974-cü ildən yayımlanan "Football Focus" verilişini bu yay dayandıracaq.

News24.az xəbər verir ki, qərarın səbəbi kimi izləyici vərdişlərinin dəyişməsi və rəqəmsal platformalara keçidin sürətlənməsi göstərilir. Rəsmilərin sözlərinə görə, bu addım kontent istehsalında yeni yanaşmanın başlanğıcıdır.

Eyni dövrdə "River City"nin də başa çatması televiziya sektorunda dəyişikliklərin artdığını göstərir.

Mütəxəssislər hesab edirlər ki, bu proses klassik televiziya dövrünün zəiflədiyini, rəqəmsal məzmunun isə ön plana çıxdığını göstərir.