BƏƏ-dən açıqlama: Minlərlə sərnişin təxliyə edildi

BƏƏ-dən açıqlama: Minlərlə sərnişin təxliyə edildi Dünya

Birləşmiş Ərəb Əmirlikləri İranın bölgədəki hücumlarından sonra ölkədə qalan sərnişinlərlə bağlı açıqlama verib.

News24.az xəbər verir ki, rəsmi məlumata görə, 60 uçuş təşkil olunub və 17 min 498 nəfər təxliyə edilib. Yaxın günlərdə isə 80-dən çox uçuşla 27 mindən artıq sərnişinin daşınması planlaşdırılır.

Səlahiyyətli şəxslər bildiriblər ki, hava limanları yenidən fəaliyyətə hazırdır və uçuşlar mərhələli şəkildə bərpa olunacaq.

Hava limanlarının bağlanması səbəbindən təxminən 20 min sərnişin ölkədə qalmışdı və onların yerləşdirilməsi təmin edilib. (haberglobal)