Belə nəticəni heç kim gözləmirdi: "Disney"in bu cizgi filmi rekordları alt-üst etdi
Dünya
“Zootopia” cizgi filminin davamı dünya üzrə 1 milyard dollar gəlir həddini keçib. Filmin bu nəticəyə çatması üçün cəmi 17 gün kifayət edib və bu, animasiya tarixində ən sürətli milyard göstəricisi kimi qeydə alınıb.
News24.az xəbər verir ki, 26 noyabr 2025-ci ildə göstərilməyə başlayan film artıq bir neçə rekord müəyyənləşdirib:
– tarixdə ən yüksək gəlirli animasiya startı (5 günə 559,5 milyon dollar),
– 2025-ci ilin ən güclü beynəlxalq debütü,
– “Disney” animasiyaları üçün ən uğurlu start.
Filmin əsas qəhrəmanları – Cudi Hopps və Nik Uayld (səsləndirənlər Cinnifer Qudvin və Ceyson Beytman) xüsusilə Çində böyük uğur qazanıblar. Orada “Zootopia 2” tarix boyu ən çox gəlir gətirən yerli olmayan filmlər sırasında ikinci olub. Birinci yerdə “Avengers: Endgame” qərarlaşıb.
Qeyd edək ki, “Zootopia 2” bu il “Disney”in milyardlıq həddi keçən ikinci filmi olub (birincisi “Lilo və Stiç”), həmçinin 2013-cü ildən bu yana studiyanın belə nailiyyət qazanan beşinci layihəsidir.a